Şamaxıda 7 ailəni evindən edən TƏBİİ FƏLAKƏT – VİDEO - FOTO

Şamaxıda 7 ailəni evindən edən TƏBİİ FƏLAKƏT – VİDEO - FOTO
11:57 17 Avqust 2018
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıda yenə torpaq sürüşməsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Şamaxı şəhər 48-ci məhəlləsində Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə aktivləşən sürüşmə hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə istiqamət alıb. Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

Qeyd edək ki, bu ərazidə torpaq sürüşməsi 3 ilə yaxındır ki, davam edir. Məhəllədə yerləşən 13 ev təhlükə ilə üz-üzədir. Hazırda 7 ailə öz evində yaşamır.

Videonu izləmək üçün şəklə klikləyin:
Şamaxıda 7 ailəni evindən edən TƏBİİ FƏLAKƏT

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/677306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR