"Neftçi" "Bakcell Arena"ya qayıdır

"Neftçi” PFK-nın ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir.

Metbuat.az klubun saytına istinadən məlumat verir ki, bu prosesin avqustun 19-da baş tutacaq ilk ev matçınadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.

Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da "Keşlə” klubunu məhz bu stadionda qəbul edəcək.

Qeyd edək ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlayacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR