Bakıda kirayə evlər bahalaşdı - VİDEO

Bakıda kirayə evlər bahalaşdı - VİDEO
06:43 18 Avqust 2018
Ölkə mətbuatı
A- A+

Kirayə bazarında qiymətlər 30-40 faiz artıb. Buna səbəb ölkəyə turist axının artması ilə yanaşı ali məktəblərə ixtisas seçiminin nəticələrinin açıqlanmasıdır. Belə ki hansı ali məktəbə düşdüklərini müəyyənləşdirən tələbələr özlərinə uyğun ev axtarır. Bu isə sektorda əlavə canlanma yaradıb.

Bakıda kirayə qiymətləri bu ay daha da artıb. Universitetlərin yerləşdiyi ərazilərdə artıq 2 otaqlı evlər 350 manatdan, 3 otaqlı evlər isə 500 manatdan təklif olunur.

Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. May və iyın aylarında 250-300 manata təklif edilən evlərin qiyməti indi 400 azndək bahalaşıb.

Onu da qeyd edək ki, evlərin qiymətində bahalaşma ilə yanaşı kirayə ev tapmaqda da ciddi çətinliklər var. Əmlak ekspertləri bildirir ki, bina evlərində kirayə evlər demək olar qalmayıb. Çünki hər il bu vaxt ancaq tələbələrə görə bahalaşan evlərin qiymətinin artmasında çoxsaylı turist axını da önəmli rol oynayır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/250856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR