SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Dəmirçi-Lahıc yolunda təmir işləri aparılır

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Dəmirçi-Lahıc yolunda təmir işləri aparılır
18:13 19 Avqust 2018
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Publika.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/250969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR