Bütün dünyadakı monqollar dahi hökmdar, böyük xaqan Çingiz xanın ölümünün 800 illiyini qeyd edirlər.
Milli.Az bildirir ki, bu gün yüz minlərlə monqol və Monqolustana yollanmış turistlər Çingiz xanın abidəsini ziyarət edirlər.
Monqolustanın paytaxtı Ulan-Batorun yaxınlığındakı Sonjin-Boldoqada yerləşən abidənin hündürlüyü 50 metrdir. Bu yüksəkliyin 10 metri postament, 40 metr isə at üzərində olan Çingiz Xanın heykəlidir.
Monqol dilində "Çinqis xaanı mort xeqee" adlanan abidə Tuul çayının sahilindədir. Rəvayətə görə, Çingiz hələ gənclik illərində, "Temuçin" adlanan zamanı burada qızıl qamçı tapmışdı.
250 tonluq nəhəng abidənin müəllifləri D.Erdenebilek və J. Enkjarqaladır.
Milli.Az