Gözəllik salonuna gedən qızın başına görün hansı HADİSƏ GƏLDİ -

Tailandda gözəllik salonuna gedən qadın, həyatının şokunu yaşayıb.

Metbuat.az "Milliyet.com"a istinadla bildirir ki, sırf daha ucuz olduğu üçün heç getmədiyi gözəllik salonuna gedən tailandlı qadının başına iş gəlib. O, salonda dərisinə qulluq prosedurlarından keçib, suni kirpik taxdırıb və makiyaj etdirib.

O, taxma kirpiklərinə görə gözlərini bağlaya bilməyib və gözünü qırpdığında dözülməz ağrılarla qarşılaşıb. Gənc qadın 3 gündən sonra kirpiklərdən xilas ola bilib.

Bir neçə gündən sonra kirpiklərini çıxartmaq istəyən tailandlı qadınının öz təbii kirpikləri də tökülüb. Sevgilisi ilə gözəllik salonuna gedib ödədiyi pulu istəyən gənc qız rədd cavabı alınca polisə müraciət edib.

Aysel Yaqubqızı / Metbuat.az

Arxeoloqlar qazıntı zamanı görün NƏ TAPDILAR - 23 milyon...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR