​XƏRÇƏNGİN QATİLİ İMİŞ

Qırmızı çuğundurun şəfaverici xüsusiyyətləri Roma İmperiyası dövründən məlum olub.

Qırmızı çuğunduru təzə-təzə istifadə etmək daha uyğundur. Çünki o, qaynadılanda öz tərkibini itirir və əksər minerallar suya qarışır.Uzun zaman qırmızı çuğundurdan 100-dən çox xəstəliyin müalicəsində istifadə olunub.

Qırmızı çuğundurun tərkibi su, proteinlər, karbohidratlar, nişasta, liflər, üzvi turşular, monosakarid və disakaridlərlə zəngindir.Kök bitki özünün kalori dəyərinə görə də qiymətlidir. Belə ki, onun 100 qramında 42 kkal var.

Qırmızı çuğundurda PP, C, A, B1, B2, B3, B5, B6, B9, Evitaminləri də mövcuddu.Bununla yanaşı, qırmızı çuğundurun çoxsaylı müalicəvi xüsusiyyətləri onun tərkibindəki mikroelementlərlə bağlıdır.Onun tərkibində kalium, kalsium, natrium, fosfor, xlor, maqnezium, kükürd, dəmir, marqans, mis, sink, xrom, ftor, yod, molibden, vanadium, kobalt, bor, rubidium, nikel kimi orqanizm üçün vacib mikroelementlərvar.

Qırmızı çuğundur tərkibindəki dəmirə görə tərəvəzlər arasında sarımsaqdan sonra ikinci yeri tutur. Onun orqanizmi yodla təmin etmə qabiliyyəti isə yalnız dəniz kələmindən geri qalır.

Faydalılığı və müalicəvi xüsusiyyətləri sayəsində qırmızı çuğundur təbabətdə orqanizmi möhkəmləndirmək üçün istifadə olunur. Həzm prosesini və maddələr mübadiləsini yaxşılaşdırmaq xüsusiyyətinə də malikdir.

Qırmızı çuğundurun orqanizmə faydası:

-orqanizmi toksinlərdən təmizləyir;

-bəxassəli şişlərin yaranmasına yaxud böyüməsinə mane olur;

-tərkibindəki B9 vitamini sayəsində ürək xəstəliklərinin irəliləməsinin qarşısı alınır;

-qan-damar sisteminin işini yüngülləşdirir, damarları təmizləyir;

-sakitləşdirici effektə malikdir;

Müalicə prosesində qırmızı çuğundurun ən əhəmiyyətli xüsusiyyəti orqanizmdə olan artıq mayelərin xaric edilməsidir. Daimi yemək menyusuna qırmızı çuğundur daxil edən insanların qan damarlarının divarları möhkəmlənir və ürək döyüntüləri stabilləşir. Buna görə də qırmızı çuğundurdan aşağıdakı xəstəliklərin müalicəsində və profilaktikasında istifadə etmək məsləhətlidir:

-Ateroskleroz;

-Hipertaniya;

-Ürək-damar patologiyları;

Qırmızı çuğundurda fol turşularının olması yeni hüceyrələrin yaranmasına səbəb olur. Bununla da o, orqanizmə gəncləşmə effekti verir. Qırmızı çuğundur, həmçinin, yaddaşı möhkəmləndirir və Ateroskleroz zamanı beyni stimullaşdırır. Yuxusuzluq, nevroz kimi hallar baş verdikdə müsbət təsir göstərir. Eyni zamanda, qırmızı çuğundur artıq çəkili və piylənmədən əziyyət çəkən insanlara da xeyirlidir. O, qanı, ciyəri, böyrəyi təmizləyir və orqanizmdə turşuluğu azaldır.

Tərkibindəki böyük miqdarda pektin maddələri sayəsində qırmızı çuğundur ağır və radiaktiv metallardan müdafiə məqsədilə də əvəzsizdir. Bununla yanaşı, qırmızı çuğundurun bir özəlliyi də qandan xolestrolun xaric edə bilməsi və bağırsaqda zərərli mikroorqanizmlərin inkişafına mane olmasıdır.

Qırmızı çuğundur qan yaradıcı xüsusiyyətə malikdir. Ona görə də müxtəlif səviyyəli qan azlığı xəstəliklərində (anemiyalarda), həmçinin, qan damarlarının divar zədələnmələrində də istifadə olunur.

Çuğundurun qırmızı piqmentləri kapilyarları möhkəmləndirir, eritrositlərin yaradılmasını stimullaşdırır və damar spazmalarını azaldır. Tərkibindəki böyük miqdarda yoda görə qırmızı çuğundur qalxanabənzər vəzin müxtəlif xəstəliklərində müalicə və profilaktika məqsədilə istifadə edilir.

Mədə xorası və on iki barmaq bağırsaq xorasının müalicəsində də qiymətlidir. Mədə-bağırsağın işini normaya salır. Qırmızı çuğundurda sinkin miqdarının yüksək olması orqanizdə insulinin təsir müddətini artırır. Buna görə də şəkər xəstələri üçün məsləhət görülən tərəvəzlərdəndir.

Ağciyərlərin soyuqdəyməsində, sətəlcəm və xroniki rinitin müalicəsi zamanı istifadəsi mütləqdir.

Qırmızı çuğundur aşağıdakı xəstəliklər zamanı da müalicəvi effektə malikdir:

-anemiya;

-qan azlığı;

-qəbzlik;

-ağciyər xərçəngi;

-bağırsaq divarlarının yapışması;

Təzə qırmızı çuğundurdan hazırlanan sıyıq dəridəki xora və şişləri müalicə edir. Çuğundur mürəbbəsi və ya dəmləməsi isə sidikqovucu və qəbzlik əleyhinə istifadə olunur.

Çuğundurun şirəsi müalicə üçün daha effektivdir.Təzə sıxılan şirə zəhərləyici-uçucu maddələrə malik olduğundan ümumi zəiflik, ürəkbulanması və qusma yarada bilir. Bunun qarşısını almaq üçün çuğundur şirəsini içməzdən qabaq soyuducuda ən azı 2 saat saxlamaq lazımdır.Çuğundur şirəsi əhval-ruhiyyəni yüksəldir, iştah artırır, immuniteti möhkəmlədir.

Çuğundur şirəsi damar genişlənməsi, qan qatılaşması və yüksək laxtalanma hallarında da istifadə edilməlidir. Bununla yanaşı, şirə qaraciyəri, böyrəyi və öd kisəsini təmizləyir.

Qırmızı çuğundur qadınlarda aybaşı tsiklinin pozulması və klimaks sindromu zamanı xüsusən xeyirlidir. Qırmızı çuğundurun şirəsi bahalı hormonal dərmanları əvəz edir.

Qırmızı çuğundurla müalicə zamanı əks-göstəricilər:

Təzə sıxılan çuğundur şirəsinin yüksək miqdarda qəbulu beyin damarlarının spazmına səbəb olar. Zəhərlənmə verə bilər. Bir çox xroniki xəstəliklər: hipertaniya, ürək çatı, taxikardiya və s. zamanıhəyat üçün təhlükəyaradar.Buna görə də şirəni 2 saat soyuducuda saxlamaq şərtinə əməl edin.

Mədəniz çox zəifdirsə, sizdə yüksək turşulu mədə xorası varsa, bu zaman da çuğundurdan mütəmadi istifadə etmək olmaz.

Böyrəyinizdə daş varsa, orqanizminizdə maddələr mübadiləsi problemi baş verirsə, qırmızı çuğundurdan istifadə sizin üçün arzuolunmazdır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Xərçəngin dərmanını ZİBİL QUTUSUNA atırmışıq - ŞOK FAKTLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR