Ukraynanın xalq artisti Ani Lorakın əri Murad Nalçacıoğlunun ona xəyanət etməsi xəbəri gündəmdən düşmür.
Milli.Az axşam.az-a istinadən bildirir ki, arvadına Yana Belyaeba ilə xəyanət edən Muradın münasibəti davam edir.
Cütlük Kiyevdə bir evdə yaşayır. Onlar şəhərin ən dəbli bölgəsində ev kirayə götürüblər. mənbə bildirib ki, süvgililər bütün bunları Lorakın pulu ilə edir.
Murad və yana gecə klublarından birində tanış olub. Əvvəl dostluq edən cütlük sonradan eşq yaşamağa başlayıb. Bildirilib ki, bu, Muradın Aniyə ilk xəyanəti deyil. O, dəfələrlə klublarda qızlarla əylənən yerdə görüntülənib.
Milli.Az