ANS PRESS-in məlumatına görə, bu barədə Qarabağ müharibəsinin qəhrəmanının qardaşı oğlu Babək Hüseynli məlumat yayıb:
"Biraz öncə çox gözəl dəvət aldım. Türkiyənin Ankara şəhərindəki küçələrdən birinə əmimin adını verəcəklər və bununla bağlı tədbirə mən də qatılacağam".
Qeyd edək ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Xocavənddə başını kəsərək öldürmə iddiası ilə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli film çəkilib.
MənbəANS PRESS