Pitbull iti 11 yaşlı qızı zorlanmaqdan xilas etdi

Rusiyanın Leninqrad vilayətindəki Syasstroy şəhərində pitbull iti 11 yaşlı qızı zorlanmaqdan xilas edib.

Metbuat.az “Ölkə.Az”a istinadla xəbər verir ki, 11 yaşlı qız küçədə oynayarkən bir kişi onun ayaqlarından tutaraq yaxınlıqdakı taxta komaya dartıb. Burada azyaşlını zorlamağa çalışan şəxs qızın başına taxta ilə vurmağa çalışıb. Qızın qışqırıqlarını iti eşidib. Onun səsinə cuman it taxta komaya girərək uşağı zorlamaq istəyən şəxsə hücum edib.

İtin hücumuna məruz qalan pedofil yaralı vəziyyətdə aradan çıxıb. İt isə qızın yanında dayanıb və gözləməyə başlayıb. Şokdan ayılan uşaq bir müddət sonra evə gedib. Ailəsi qızla danışmaq istəsə də, qız onlara cavab verə bilməyib və işarələrlə baş verənləri izah edib.

Hazırda uşaq psixoloq nəzarətindədir. Polis isə qızın təsvir etdiyi pedofili axtarır.

Model evində ÖLÜ TAPILDI - Səbəbi araşdırılır...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR