Azərbaycanda xəstə üçün çağrılan "təcili yardım" maşını qəzaya uğradı

Bu gün Şamaxı rayonunun Pirqulu kəndinə gedən yolda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, kəndə xəstə yanına çağrılan "təcili yardım" maşını yüksək sürətlə hərəkətdə olarkən qaşısına çıxan minik maşını ilə toqquşub.

Qəza zamanı "təcili yardım" maşınında olan 1985-ci il təvəllüdlü həkim Əliyev Hikmət Seyidməmməd oğlu və 1954-cü il təvəllüdlü feldşer Xəlilov Zahid Hacıməmməd oğlu xəsarət alıb. Onlardan H.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tanınmış müğənninin villası yanıb - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR