Əsgərin pul kisəsi 35 il sonra TAPILDI

Amerikalı əsgərin 1953-cü ildə Koreya müharibəsindən qayıdarkən itirdiyi pul kisəsi 35 il sonra Fransada tapılaraq qızına təhvil verilib.

Metbuat.az "Milliyyet.com"a istinadla bildirir ki, 1983-cü ildə ölən Robert McKuskerin qızı Şaron Moore Fransada yaşayan Patrik Kaubetdən Feysbukda yoldaşlıq istəyi alıb. Moore tanımadığı şəxsin dostluq təklifini rədd edib, ancaq Kaubet qıza mesaj göndərərək itmiş pul kisəsinin sahibini axtardığını deyib və bəzi qara fotolar göndərib. Fotolardakılardan biri Moorenin anası, digəri isə xalası olub. McKuskerin sosial sığorta kartı və Massaçusetsdən aldığı vəsiqəsi də pul kisəsində olub.

Ş.Moore, "Atamın vəsiqəsini və anamın fotosunu gördüyüm zaman gözlərimə inanmadım. Aradan bu qədər vaxt keçməsinə rəğmən atamın pul kisəsi tapılmışdı"- deyə açıqlama verib.

Qəhvərəngli dəri pul kisəsi Parisin Cənub-qərbindəki Çatellerault şəhərində bir binanın zirzəmisində tapılıb. Binanın sahibi olan Kaubet pul kisəsini inşaat artıqlarının arasında tapıb.

Pul kisəsinin necə Fransada ortaya çıxdığı məlum deyil. Ancaq Kaubet binanın bir zamanlar klub olduğunu, amerikalı əsgərlərin burada qalmış ola biləcəyini deyib.

Fransız ordusunda xidmət edən Kaubet, "Fotoşəkillər məni çox təsirləndirdi. Buna görə də sahibini axtarmağa qərar verdim. Babam II Dünya Müharibəsinə qatıldı. Atam da Əlcəzair müharibəsində yaralandı. Kimsə onların hər hansı əşyasını tapıb gətirsə, mən dünyanın ən xoşbəxt insanı olardım" - deyərək açıqlama verib.

Kaubet əsgərin qızını ABŞ-dakı ölüm elanlarını axtararkən tapdığını qeyd edib. O, elanlarda əsgərin 4 il əvvəl ölən həyat yoldaşının adına rast gəlib.

Pentaqon və Parisdəki Amerikan səfirliyinə yazdığı məktublara cavab ala bilməyən Kaubet Fransız ordusundan aldığı yardımla McKuskerin yaxınlarının adlarını tapıb.

Beləcə Kauber əsgərin qızını taparaq atasının pul kisəsini ona təhvil verib.

Aysel Yaqubqızı / Metbuat.az

Avtobusda DƏHŞƏTLİ ANLAR - Qaya parçası... / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR