Ölüləri MƏZARDAN ÇIXARDILAR VƏ...

İndoneziyanın Sulavesi adasında yaşayan Toraja xalqı qorxuducu adət-ənənələrinə illərdir davam edirlər.

Metbuat.az "Haberler.com"a istinadla bildirir ki, torajalılar hər il ölülərini şərəfləndirmək məqsədilə məzardan çıxarıb ən gözəl paltarlarını geyindirir, gəzdirir və fotoşəkil çəkdirirlər.

Onlar müqəddəs ailə münasibətlərinin ölümlə nəticələnmədiyinə inanırlar. Üç gün davam edən mərasimlərdə qohumlar, dostlar, hətta uşaqlar və körpələrin də məzarları qazılır.

Ailələr tabutları açıb ölülərin bədənlərinin qurumasını təmin edirlər.

Bu il mərasimlərə başqa ölkələrdən insanların gəlməsinə icazə verilib. Yeni fotolarda festivala qatılan tursitləri də görə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR