Sakit okeanda güclü zəlzələ baş verdi -

Sakit okeanda Yeni Kaledoniya sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Metbuat.az Amerika Geoloji Araşdırma Mərkəzinə istinadla bildirir ki, zəlzələ okeanın 26,7 kilometr dərinliyində qeydə alınıb.

Təbii fəlakətdən 12 dəqiqə sonra eyni nöqtədə 5,3 bal gücündə afterşok baş verib.

Dağıntı və insan tələfatı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, şiddətli zəlzələnin ardından sunami xəbərdarlığı verilməyib.

Aysel Yaqubqızı / Metbuat.az

Çində dünyanın ən iri təyyarə-amfibiyası hazırlanıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR