UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.
Milli.Az xəbər verir ki, "Yanq Boyz" ilk matçda 1:1 hesablı heç-heçə etdiyi Zaqreb "Dinamo"su ilə səfərdə qarşılaşıb. İsveçrə təmsilçisi bu qarşılaşmada 2:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə yüksəlib.
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Yanq Boyz" (İsveçrə) 1:2
Qollar: İzet Hayroviç, 7 - Qiyom Oaro, 64 (pen), 66.
İlk oyun: 1:1
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: