Adnan Oktarla bağlı YENİ XƏBƏR

Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktar təşkilatına istiqamətlənmiş cinayət əməliyyat tədbirləri davam etdirilir.

Metbuat.az "Haberler.com"a istinadla bildirir ki, tədbirlər nəticəsində Oktarın həbs olunan adamlarını ziyarət edərək onların hesabına pul köçürən "Təşkilat kassası" vəkil Kənan Yavuz.Y da həbs edilib.

Məlumata görə, Oktarın adamları həbsxanadakı təşkilat üzvlərinin etirafçı olmamaları üçün Yavuz.Y vasitəsilə onlara maddi və mənəvi dəstək olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR