Antik əşyalar satılan mağazadan ucuz qiymətə qutu aldı

İngiltərədə yaşayan məşhur qrafik dizayner Qreq Pək antika mağazasından təxminən 4 sterlinq (təxminən 15 AZN) dəyərində qutu alıb.

Metbuat.az xəbər verir ki, köhnə əşyalara qarşı maraqlı olan 70 yaşlı dizayner qutunu açdığı zaman gözlərinə inanmayıb. O, köhnə qutudan 100 il bundan əvvələ aid ağ-qara fotolar tapıb. Dizaynerin oğlu bu hadisəni şəxsi "Tvitter" hesabından paylaşaraq deyib:

"Atam köhnə qutu kolleksiyası yığır. Son olaraq ayaqqabı qutusu satışına qatılıb. Qutulardan birini alaraq evə gətirib. O, qutunu açdığı zaman içərisindən köhnə fotolentlər tapdı. Onlarıın hər birini işığa tutdu və telefon ilə onların fotolarını çəkdi. Daha sonra atam fotoşop ilə həmin neqativ fotoları pozitivə çevirdi".

Sözügedən hadisənin fotolarını təqdim edirik:

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR