Türkiyənin Əskişəhər rayonunda düşdüyü qəza sonrası xəstəxanaya çatdırılan 31 yaşlı Harun Güleri (31) rentgen otağında bıçaqlayaraq öldürən 28 yaşlı Serdar A. (28) həbs edilib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Serdar A.-nın Güleri mobil telefonunda arvadı Tuğba A. ilə mesajlaşdığını gördüyü üçün öldürdüyü ortaya çıxıb.

Hadisə dünən axşam baş verib.

Qəzaya düşən şəxsə kömək etmək istədi, kimliyini biləndə DƏHŞƏTƏ GƏLDİ - VİDEO - FOTO

Harun Gülerin yanında çalışdığı bildirilən Tuğba A.-nın (27) əri Serdar A. təsadüfən gördüyü yaralı Gülerə kömək etmək istəyib. Harun Güler təcili yardımla xəstəxanaya aparıldıqdan sonra qəza yerində saldığı mobil telefonunu Serdar A. tapıb.

TELEFONA BAXDIĞINDA ARVADI İLƏ MESAJLAŞDIĞINI GÖRDÜ

Serdar A. iddiaya görə, qəzanı yaxınlarına bildirmək üçün mobil telefonuna baxdığında Harun Gülerin arvadı Tuğba A. ilə eşq mesajlarını görüb. Serdar A. evə gedərək arvadını döyməyə başlayıb. Tuğba A. pəncərədən atlanaraq, qaçıb.

Serdar A. evdən bıçaq götürərək, xəstəxanaya gedib. Harun Gülerin rentgen otağında olduğunu öyrənən Serdar A. içəri girərək, üzərindəki bıçaqla Harun Gülerə 10 bıçaq zərbəsi endirib. Ağır yaralanan Harun həkimlərin müdaxilələrinə baxmayaraq ölüb.

Polislər tərəfindən yaxalanan 1 uşaq atası Serdar A.-nın ifadəsi alınır.

Məhəmməd Vaqif
Milli.Az