Avropa Liqasında 2017/2018-ci il mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimi zamanı ötən mövsümün ən yaxşısı açıqlanıb. Bu ada Avroliqanın qalibi "Atletiko"nun hücumçusu Antuan Qrizmann layiq görülüb.

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer almışdı. Madridlilər təmsilçimizlə hər iki oyunda heç-heçə etmişdi (0:0 və 1:1). Qrizmann isə "Qarabağ"la matçlarda qol vura bilməyib.

Milli.Az