Ermənilər və kürdlər arasında qanlı dava

Livanın paytaxtı Beyruttaki Bürc Hamud məhəlləsində ermənilər və suriyalı kürdlər arasında gedən qanlı dava nəticəsində 2 livanlı erməni və 2 qaçqın kürdün öldürüldüyü iddia edilib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, ərəb mənbələri isə 1 erməni və 1 kürd vətəndaşın öldürüldüyünü bildirirlər. Hər iki tərəfdən çox sayda yaralıların olduğu da dilə gətirilir.

Dava başladan şəxsin ruhi xəstə olduğu da söylənir.

31 avqust axşam saatlarında meydana gələn bu dava hadisəsi təhlükəsizlik kameralarına əks olunub və küçədə hadisənin şahidi olan insanlar tərəfindən də telefon kameraları ilə çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR