Qonaq canlı yayımda aparıcını döydü -

Türkiyənin "Beyaz TV" ekranlarında yayımlanan "Uyan Türkiye" verilişinə bu həftə Yeşilçam aktyoru İhsan Gedik qonaq olub.

Metbuat.az "Haberler.com"a istinadla bildirir ki, verilişin aparıcısı Tahir Sarıkayanın "Yaxşı döyülürdün?"- sualına Gedik "Gözəl təpik atıram, lazım olsa yumruq da ataram, istəsən sənə də birini ata bilərəm"- deyə cavab verib. "Ata bilməzsən"- deyən Sarıkayaya Gedik, "Gəl qarşıma, göstərim"- deyib.

Məşhur aparıcı 76 yaşlı usta aktyora canlı yayımda özünü döydürüb.

Həmin maraqlı anın görüntüsünü təqdim edirik:

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR