Məşhur aparıcı qəzaya düşdü

Bodrumda istirahət edən türkiyəli aparıcı Alp Kırşan qəzaya düşüb.

Metbuat.az "Haberturk.com"a istinadla bildirir ki, aparıcı motosikleti ilə təhlükəsizlik səddindən keçən zaman bir anda sədd bağlanıb. Motosikletindən yıxılan aparıcı yaralanıb.

Sosial media hesabından vəziyyətinin yaxşı olduğunu bildirən Alp Kırşan qəza anının görüntülərini yayıb.

Sözügedən videonu təqdim edirik:

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR