Azərbaycan nümayəndələri Qazaxıstanda keçiriləcək prezident seçkiləri üzrə MDB komissiyasının tərkibinə daxil olub

Azərbaycan nümayəndələri Qazaxıstanda keçiriləcək prezident seçkiləri üzrə MDB komissiyasının tərkibinə daxil olub
14:53 23 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Minsk, 23 aprel, AZƏRTAC
Qazaxıstanda növbədənkənar prezident seçkilərinə hazırlığın monitorinqi və keçirilməsi üzrə MDB missiyasının tərkibinə 400-dən çox müşahidəçi daxil edilib.
Birliyin İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası MDB-dən 410 müşahidəçini akkreditə edib. Onların bir hissəsi uzunmüddətli əsasda işləyir. Missiyanın tərkibinə o cümlədən, Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, MDB Parlamentlərarası Assambleyası, Rusiya-Belarus İttifaq Dövlətinin Parlament Məclisi, MDB İcraiyyə Komitəsi daxildir.
Qazaxıstanda prezident seçkiləri üzrə xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan, habelə xarici KİV-lərdən 1026 müşahidəçi akkreditə olunub.
MDB Parlamentlərarası Assambleyanın Müşahidə Missiyasına Belarus Məclisi Nümayəndələr Palatasının sədr müavini Viktor Quminski rəhbərlik edəcək.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri aprelin 26-da keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_numayendeleri_Qazaxistanda_kechirilecek_prezident_sechkileri_uzre_MDB_komissiyasinin_terkibine_daxil_olub-849024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR