Azərbaycanda ötən il aparılan arxeoloji tədqiqatların yekunlarına dair konfrans keçiriləcək

Azərbaycanda ötən il aparılan arxeoloji tədqiqatların yekunlarına dair konfrans keçiriləcək
16:13 23 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanda 2014-cü ildə aparılan arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunan konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi elm müəssisəsinin ötən il gördüyü işlərə dair hesabatı təqdim edəcək.
Sonra konfrans işini “Arxeologiya” və “Etnoqrafiya” bölmələrində davam etdirəcək. Bölmə iclaslarda alimlərin 50-dən çox elmi məruzəsi dinləniləcək, müzakirələr aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_oten_il_aparilan_arxeoloji_tedqiqatlarin_yekunlarina_dair_konfrans_kechirilecek-849065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR