Narkomaniya və dini radikalizmə qarşı ardıcıl və barışmaz mübarizə aparılmalıdır

Narkomaniya və dini radikalizmə qarşı ardıcıl və barışmaz mübarizə aparılmalıdır
17:28 23 Aprel 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 23 aprel, AZƏRTAC
Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində “Narkomaniya və dini radikalizmə qarşı ardıcıl və barışmaz mübarizə aparılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ağsaqqalların, ziyalıların, gənclərin, dini icmaların rəhbərlərinin iştirak etdikləri tədbiri açan rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli bəşəriyyət üçün bəla olan narkomaniyaya qarşı ardıcıl və məqsədyönlü mübarizədən, bu istiqamətdə rayonda həyata keçirilən tədbirlərdən danışılıb. O, habelə digər ölkələr üçün nümunə olan tolerantlığın hökm sürdüyü Azərbaycanda, o cümlədən rayonda insanların, xüsusən gənclərin radikal dini cərəyanların təsirindən qorunması zərurətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov, Kürdəmir rayon “İmam Rza” məscidinin axundu Füzuli Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Ayət Şükürov çıxış edərək narkomaniya və dini radikalizmə qarşı aparılan mübarizədən, bu sahədə yeniyetmə və gənclər arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərinin zəruriliyindən danışıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Narkomaniya_ve_dini_radikalizme_qarsi_ardicil_ve_barismaz_mubarize_aparilmalidir-849106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR