D.Savelyev: Rusiyalı azarkeşlər və turistlər müasir Azərbaycanın necə gözəl, rəngarəng və qonaqpərvər olduğunu əyani görə biləcəklər

D.Savelyev: Rusiyalı azarkeşlər və turistlər müasir Azərbaycanın necə gözəl, rəngarəng və qonaqpərvər olduğunu əyani görə biləcəklər
17:58 23 Aprel 2015
86 İdman
Ölkə mətbuatı
A- A+


Moskva, 23 aprel, AZƏRTAC
Aparıcı informasiya agentliklərindən biri sayılan “RuNews24.ru” Bakıda birinci Avropa oyunlarına həsr olunmuş məqalə dərc edib.
Məqalədə deyilir: “Yenilənmiş, həmişəkindən qat-qat gözəl Bakı gecə saatlarında minlərlə işığa qərq olur. Addımbaşı birinci Avropa Oyunlarının işıqsaçan loqotipinə rast gəlirsən. Bu günlər Azərbaycan paytaxtında 2015-ci ilin başlıca idman hadisəsinə irimiqyaslı hazırlıq işləri başa çatır”.
Məqalədə yeni Su İdmanı Növləri Sarayından və yenidən qurulmuş Heydər Əliyev adına İdman Sarayından ətraflı söz açılır. Bu obyektlərin açılış mərasimlərində Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak ediblər.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Azərbaycanın milli simvolikasında nar güc və enerji deməkdir. Lakin mən burada daha bir rəmz görürəm. Yaşadığımız məkanın və dünyanın birliyini. Biz hamımız, Avropa qitəsinin sakinləri nar dənələri kimi bir-birimizə sıx yaxınlaşmışıq. Buna görə də bir-birimiz ilə mehriban dost kimi dolanmalıyıq. Rusiya ilə Azərbaycan belə münasibətlərə layiqli nümunə ola bilər. Rusiya yarışların başlanmasını səbirsizliklə gözləyir. O, Oyunlara ən güclü idmançılarını göndərəcək. Əlbəttə, rusiyalı azarkeşlərin və turistlərin müasir Azərbaycanın necə gözəl, rəngarəng və qonaqpərvər olduğunu əyani görə bilmələri çox əhəmiyyətlidir. Mən bilirəm ki, Azərbaycan çoxları üçün tapıntı olacaq. Özü də çox xoş tapıntı olacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DSavelyev_Rusiyali_azarkesler_ve_turistler_muasir_Azerbaycanin_nece_gozel_rengareng_ve_qonaqperver_oldugunu_eyani_gore_bilecekler-849124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR