Azərbaycan baykerləri Fransada növbəti motofestivalda iştirak edəcəklər

Azərbaycan baykerləri Fransada növbəti motofestivalda iştirak edəcəklər
17:43 23 Aprel 2015
96 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Mayın 7-10-da Fransanın Qrimo şəhərindəki Sen-Trope buxtasında “Harley Davidson” şirkətinin təşkilatçılığı ilə Avropa baykerlərinin növbəti motofestivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Avropadan və dünyanın digər ölkələrindən çoxlu sayda baykerin qatılacağı festivalda “Harley” sahiblərinin “Odlar Yurdu Azərbaycan” Birliyinin (Free Chapter Land of Fire Azerbaijan) üzvləri də iştirak edəcəklər. Birliyin 7 üzvü Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təbliği, Azərbaycan həqiqətlərinin, ölkəmizin tarixi və mədəni irsinin, uğurlarının təbliği və tanınması məqsədilə aprelin 25-də Bakıdan Qrimo şəhərinə motoyürüş edəcəklər. Yürüş iştirakçıları iki qrupa bölünərək Türkiyə və Ukrayna ərazisi ilə hərəkət edəcəklər. Baykerlərimiz İtaliyanın Genuya şəhərində görüşüb Qrimo şəhərinədək birlikdə yola davam edəcəklər.
Motoyürüş iştirakçıları üçrəngli bayrağımızı qürurla dalğalandıraraq ümumilikdə 12 ölkə (Azərbaycan daxil olmaqla, Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya, İtaliya, Fransa, Xorvatiya, Monteneqro, Serbiya, Bolqarıstan və Türkiyə) ərazisindən keçəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_baykerleri_Fransada_novbeti_motofestivalda_istirak_edecekler-849162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR