İndoneziya silkələndi

İndoneziya silkələndi
09:01 13 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın şərq hissəsində maqnitudası 5,8 bal olan zəlzələ meydana gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları geoloji araşdırmalar mərkəzi (USGS) xəbər yayıb.

5,5 bal gücündə olan yeraltı təkanların episentri Molukk arxipelaqının cənub adalarında yerləşən Molukki əyalətinin Tual şəhərindən 134 kilometr şərqdə, ocağı isə təxminən 20 kilometr dərinliyə qədər uzanıb.

Zəlzələ Bakı vaxtı ilə 00:25-də qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, İndoneziya planetin aktiv seysmik zonalarından birində yer alıb. Orada ən aktiv tektonik lövhələr yerləşir, hansı ki, onlar ildə 7 sm sürətlə hərəkət edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR