Topaz Premyer Liqasında 3 həftəyə yaxın davam edən fasilə başa çatıb və turun açılış oyununda son çempion “Qarabağ” klubu “Sumqayıt” komandası ilə qarşılaşıb.

Mətbuat.az xəbər verir ki, oyunun 21-ci dəqiqəsində Araz Abdullayevin qapıya vurduğu zərbə zamanı top "Sumqayıt" klubunun müdafiəçisinin əlinə dəydiyi üçün 11 metrlik cərimə zərbəsi təyin edilib. Filip Ozobiç fürsəti əldən verməyib. İlk qoldan sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib. Belə ki, oyunun favoriti sayilan Ağdam təmsilçisi rəqibin qapısının önündə bir neçə təhlükəli vəziyyət yaradıb. 61-ci dəqiqədə “Qarabağ”ın hücumçusu İnnosent Emeqara qapıçı ilə təkbətək qalsa da zərbəsi dəqiq olmayıb. Matçın 70-ci dəqiqəsində isə "Sumqayıt"ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alıb, meydandan kənarlaşdırılıb.

Beləliklə, görüş "Qarabağ" klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.