5 teraktın qarşısı alındı

5 teraktın qarşısı alındı
21:42 23 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa polisi son aylar ərzində beş terror hücumunun qarşısını alıb, baş nazir Manuel Valls bildirib.
Cənab Valls deyib ki, son hücum planı Paris yaxınlığındakı kilsələrə qarşı olub.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, iddia edilən plana görə əlcəzairli şəxs həbs edilib. O, təsadüfən özünü güllələyib və təcili yardım çağırıb.
 
Fransa, Charlie Hebdo jurnalına və yanvar ayında 17 nəfərin ölümü ilə nəticələnən yəhudi dükanına hücumun ardından təhlükəsizliyi gücləndirib.
 
“Təhlükə heç vaxt bu qədər yüksək olmayıb,” cənab Valls Fransa radiosuna bildirib. “Biz tariximiz boyu heç vaxt belə terrorla üzləşməmişik”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR