Müğənni Şəbnəm Tovuzlu "Yaşıl Teatr"da baş tutan konsertinə həyat yoldaşının helikopterlə nəzarət etməsiylə bağlı verdiyi açıqlamadan danışıb.

Milli.Az bildirir ki, sənətçi ölkə.az-ın əməkdaşıyla söhbətində belə bir açıqlama verdiyini təsdiqləsə də, bunu zarafatla söylədiyini deyib:

"Məndən soruşdular ki, konsertə kimlər gələcək. Mən də cavab verdim ki, ailə üzvlərim, qohumlarım. Sonra soruşdular ki, həyat yoldaşınız da gələcəkmi? Zarafatca cavab verdim, o da helikopterlə yuxarıdan nəzarət edəcək. Bəli, həyat yoldaşım konsertdəydi, arxa sırada əyləşmişdi".

Qeyd edək ki, Ş.Tovuzlunun konserti iki gün öncə keçirilib.

Milli.Az