Play Store

"Qarabağ"ın almaq istədiyi futbolçu zədələndi (FOTO)

"Qarabağ"ın almaq istədiyi futbolçu zədələndi (FOTO)
21:36 23 Aprel 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın maraq dairəsində olan bolqarıstanlı futbolçu Marian Oqnyanov zədələnib.

ANS PRESS-in məlumatına görə, "Botev"in yarımmüdafiəçisi "Lokomotiv"lə görüş öncəsi zədə alıb.

26 yaşlı oyunçu "Beroe" ilə 1:1 hesabı ilə başa çatan oyunda komandasının yeganə qoluna imza atıb. Lakin bu matçdan sonra onun aldığı kiçik zədə "Lokomotiv"lə məşqi buraxmasına səbəb olub.

Qeyd edək ki, "Qarabağ"ın nümayəndələri uzun müddətdir ki, zədəli olan Çumbinyonun yerinə futbolçu axtarırlar. Klub rəsmiləri (böyük ehtimalla Musa Qurbanov) aprelin 10-da MOİK - "Botev" matçını izləyib. Həmin görüşdə Marian Oqnyanov 57 dəqiqə meydanda olub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR