Kadırov istefası haqda danışdı

Kadırov istefası haqda danışdı
23:51 23 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov istefası ilə bağlı danışıb.

ANS PRESS-in məlumatına görə, Kadırov bildirib ki, əgər lazım gələrsə, öz postumdan getməyə hazırdır.

"Mən Ali Baş Komandanın piyadaçısıyam. Əgər mənə əmr verəcəklərsə, mən 100 faiz onu yerinə yetirəcəyəm. Getmək lazım olsa, gedəcəyəm, ölməyə hazıram" – deyə Kadırov vurğulayıb.

O əlavə edib ki, yalançı vətənpərvərlər və liberal cənablar əhalini aldadır, onalr Qərbin xüsusi xidmət orqanlarına işləyirlər və hər şey edirlər ki, Rusiya ikinci Ukrayna olsun, amma heç vaxt bu olmayacaq.

Qeyd edək ki, daha əvvəl Çeçenistan liderinin razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələrini yerindəcə güllələməyi əmr etməsi geniş rezonans doğurub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340023

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR