İctimai nəqliyyat vahid kart sisteminə keçir (VİDEO)

İctimai nəqliyyat vahid kart sisteminə keçir (VİDEO)
00:21 24 Aprel 2015
157 Sosial
Ölkə mətbuatı
A- A+

Yaxın günlərdə Bakının ictimai nəqliyyatında gediş haqqına görə vahid nağdsız ödəniş kartları tətbiq ediləcək.

“Bakı Metropoliteni” QSC-dən ANS TV-yə verilən məlumata görə, “Bakı kart” adlanan kart hesabının doldurulması üçün artıq Bakı metrosunun bəzi stansiyalarında terminallar quraşdırılıb. Amma istifadəyə hələ verilməyib.

Hazırda bu istiqamətdə hələ bəzi məsələlər bir sıra qurumlarla müzakirə olunur. Bu haqda tam məlumat isə yaxın günlərdə içtimaiyyətin nəzərinə çatdırılacaq.

Yeni kartın qiymətinə gəldikdə, 2 manat olacağı gözlənilir və onlar ilkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər istifadə ediləcək.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=340025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR