Prezident İlham Əliyev: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq

Prezident İlham Əliyev: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
22:12 18 Sentyabr 2018
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvara səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Biləsuvar rayonunda kənd təsərrüfatının, o cümlədən pambıqçılıq və digər sahələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, rayonda son üç il ərzində pambıq əkini sahələri üç-dörd dəfə artırılıb: "Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/686676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR