www.data.gov. az portalına yeni məlumat bazaları əlavə olunub

www.data.gov. az portalına yeni məlumat bazaları əlavə olunub
05:48 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Cari ilin əvvəlində vətəndaşların istifadəsinə verilmiş “Açıq Hökumət Məlumatları” portalında (www.data.gov.az) 20-dən artıq məlumat bazası yerləşdirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daha 4 adda açıq məlumat bazası portala inteqrasiya edilib.
Bu məlumat bazalarına “Obyekt axtarışı üzrə məlumatların əldə olunması”, “Verilmiş məntəqənin radiusunu daxil etməklə ətrafında olan mülklərin axtarışı”, “İki məntəqə arasında avtomobil marşrutunun qurulması” və “Ünvan axtarışı üzrə məlumatların əldə olunması” daxildir.
Bununla yanaşı, portalda hər bir məlumat üzrə yaradıla biləcək mobil servisin hazırlanma metodları üzrə təlimat da yerləşdirilib. Bu məlumatlar naviqator tipli mobil əlavələrin hazırlanması üçün zəruri informasiyaları hərtərəfli əhatə edir. Həmin məlumatlardan istənilən şəxs heç bir patent ödəmədən yararlana bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/wwwdatagov_az_portalina_yeni_melumat_bazalari_elave_olunub-849295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR