“Firminoya oynamaq üçün göz lazım deyil”

“Liverpool” komandasının hücumçusu Sadio Mane ironiya ilə klub yoldaşı Roberto Firminonun dünənki Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda “PSJ” ilə matçda (3:2) vurduğu qələbə qoluna münasibət bildirib.

Mətbuat.az sport-express ru-ya istinadən bildirir ki, futbolçu bu barədə fikirlərini belə açıqlayıb:

“Ona oynamaq üçün göz lazım deyil. Bazar ertəsi ona “Ey Bobbi, ozünü topla, sən bizə lazımsan” - mətnli mesaj göndərdim. O gözsüz də oynaya bilər”.

Qeyd edək ki, Firmino İngiltərə çempionatının V turunda “Tottenxem”ə qarşı oyunda gözündən ciddi zədə alıb.

https://metbuat.az/news/1026144/liverpool-un-hucumcusu-gozunden-zedelendi.html - Bunu da oxuyun


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR