Fransa Prezidenti miqrantların xilası ilə bağlı gözlənilməz təklif edib

Fransa Prezidenti miqrantların xilası ilə bağlı gözlənilməz təklif edib
06:28 24 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+


Strasburq, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Brüsseldə Aralıq dənizində çoxlu sayda miqrantların həlak olması və miqrasiya məsələsinin tənzimlənməsi ilə bağlı geniş müzakirələr başlayıb.
Avropa İttifaqına üzv ölkələrin başçılarının və hökumət rəhbərlərinin iştirakı ilə keçirilən yığıncaqda çıxış edən Fransa Prezidenti Fransua Ollandın təklifi iştirakçılar üçün gözlənilməz olub. Prezident miqrantları daşıyan gəmilərin məhv edilməsi ilə bağlı qətnamə layihəsinin BMT-nin müzakirəsinə çıxarılmasını təklif edib.
Almaniya kansleri Angela Merkel bu yaxınlarda Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə keçməyə cəhd edən 800 miqrantın faciəvi şəkildə həlak olmalarına diqqəti yönəldərək, onların xilası üçün büdcə vəsaitinin artırılması təklifini irəli sürüb.
Yığıncaqda Avropa İttifaqı miqrantların xilasetmə əməliyyatı üçün büdcə vəsaitini üç dəfə artırmaq barədə qərar qəbul edib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransa_Prezidenti_miqrantlarin_xilasi_ile_bagli_gozlenilmez_teklif_edib-849297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR