Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində azı 8 terrorçu zərərsizləşdirilib.

Bundan başqa, terror təşkilatının dayaq nöqtələri məhv edilib.

Əməliyyat İraqın Avaşin, Metina və Zap rayonlarında keçirilib.

Qeyd edək ki, son günlərdə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında müntəzəm əməliyyatlar keçirir.

Milli.Az