Sahibkar olmaq istəyən gənclərə təlim keçirilib

Sahibkar olmaq istəyən gənclərə təlim keçirilib
10:48 24 Aprel 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

“Gənc Sahibkarlar Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sahibkar olmaq istəyən gənclərin START UP təlimləri” layihəsini həyata keçirib.

Trend-in məlumatına görə, layihə çərçivəsində “Sahibkar olmaq istəyən gənclər üçün yaddaş kitabçası” çap olunub, gənclərin biznes ideyaları ətrafında müzakirələr aparılıb və onların təqdim etdikləri START UP layihələrinə baxılıb, ekspertlər gənclərə layihələrlə bağlı öz məsləhətlərini veriblər.

Bundan əlavə, 100 nəfər tələbə və gənc sahibkara 3 günlük təlimlər keçirilib. Peşəkar təlimçi Niyazi Qasımsoy gənclərə biznes-planın tərtib olunması və biznesin açılması, tanınmış marketinq və peşəkar PR menecer Günay Malikqızı özəl sahibkarlıqda marketinq və PR fəaliyyəti, Mahmud Yusifov isə insan kapitalı və kadr siyasəti mövzularında treninqlər keçiblər. Təlim iştirakçılarının hər birinə sertifikat və “Sahibkar olmaq istəyən gənclər üçün yaddaş kitabçası” təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR