Avropa Liqasının qrup mərhələsində keçirdiyi ilk oyunda "Dinamo"ya (Zaqreb) 1:4 hesabı ilə məğlub olan "Fenerbahçe"də baş məşqçisi Filip Kokunun istefası yenidən gündəmə gəlib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdlilər"in baş məşqçi postuna namizədlrdən biri də hazırda "Real"ın aşağı yaş qruplarının koordinatoru olan Roberto Karlosdur. Braziliyalı keçmiş futbolçunun əlaqə qurduğu "Fenerbahçe" rəsmilərini İspaniyaya dəvət etdiyi bildirilir. "Az vaxtda komandanı düzəldərəm" sözü verən 45 yaşlı mütəxəssisin aşağı yaş qrupları ilə bağlı da layihəsi artıq hazırdır.

2007-2010-cu illərdə İstanbul klubunun şərəfini qoruyan Karlos, "Sivasspor" və "Akhisar"da baş məşqçilik edib.

Milli.Az