Yol qəzası olub, ölənlər və yaralananlar var

Yol qəzası olub, ölənlər və yaralananlar var
08:17 24 Sentyabr 2018
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/688062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR