Sentyabrın 28-dən oktyabrın 7-nə kimi Şərqi Aralıq dənizində qayığa qarşı “Mavi Balina-2018” təlimləri keçiriləcək.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, təlimlərdə ABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanı iştirak edəcək.
Türkiyə tərəfindən təşkil edilən təlimlər müttəfiqlərinin iştirakı ilə son bir neçə ildir keçirilir.
Ömər