Müğənni Günel Zeynalova yeni fotosessiya etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bir neçə yeni şəklini İnstaqram səhifəsində paylaşıb.

Günelin sosial şəbəkədə səhifələrdə yayılan paltarının ətəyini qaldırdığı fotosu tənqid edilib. İzləyicilər ona "Bir az da qaldırardın" kimi şərhlər yazıb.

Zeynalovanın bu şəklinə 4 mindən çox bəyəni gəlib.

Milli.Az