Paytaxtın Bül-bül prospektində əyilən işıqfor günlərdir aidiyyatı qurumların diqqətini çəkmir.

Milli.Az xəbər verir ki, artıq bir neçə gündür aşma təhlükəsi ilə qarşı-qarşıya qalan işıqfor hər an aşa bilər.

Qeyd edək ki, "Nizami" kinoteatrının yanında yerləşən bu işıqforla bağlı məlumatı tanınmış idman jurnalisti Pərviz Musayev yayıb.

Məhəmməd Vaqif
Milli.Az