Yeni Zelandiyada güclü zəlzələ baş verib

Yeni Zelandiyada güclü zəlzələ baş verib
14:08 24 Aprel 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+



Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Yeni Zelandiyada rixter cədvəli ilə 6,3 bal gücündə zəlzələ baş verib. Milli geologiya xidmətinin məlumatına əsasən zəlzələnin episentri Kaikoura şəhərciyindən 35 kilometr şimal-şərqdə, yerin 52 kilometr dərinliyində olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, zəlzələ Yeni Zelandiyanın bütün ərazisində hiss edilib, yaxınlıqda yerləşən rayonlarla telefon əlaqəsi kəsilib. Həlak olan və ya xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
Seysmoloqlar yaxın vaxtlarda güclü yeraltı təkanların təkrarlanacağı barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, regionda sonuncu güclü zəlzələ yanvar ayında qeydə alınmışdı. O zaman rixter cədvəli ilə 6,4 bal gücündə olan zəlzələ Metven şəhərciyindən 35 kilometr aralı, yerin 10 kilometr dərinliyində baş vermişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Zelandiyada_guclu_zelzele_bas_verib-849389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR