İran gəmiləri Yəməndən çıxır

İran gəmiləri Yəməndən çıxır
14:31 24 Aprel 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə husi qruplaşmasına silah aparmaqda şübhəli bilinən İran gəmiləri ərazidən uzaqlaşır.

ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Ev Administrasiyasından bildirilib.

Onlar deyiblər ki, 9 gəmidən ibarət karvan geri qayıdıb və şimala doğru hərəkətə başlayıb. ABŞ gəmiləri gəmilərin hərəkətini izləyirlər. USS Theodore Roosevelt təyyarə daşıyan gəmisi Yəmən sahillərinə yaxınlaşır və ABŞ-ın digər gəmilərinə qoşulacaq.

İran tərəfi bununla bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, ABŞ hökuməti üç gün əvvəl Yəmənə silah vermək məsələsi ilə bağlı İranı xəbərdarlıq göndərib. BMT-nin Təhlükəsizlik Şurası isə Yəməndəki husi qruplaşmasına silah embarqosu tətbiq edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR