"Intertek" TANAP-ın tikintisini təftiş edəcək

"Intertek" TANAP-ın tikintisini təftiş edəcək
14:58 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Maksim Tsurkov/

"Intertek" servis şirkəti Transanadolu boru kəmərinin (TANAP) tikintisi dövründə boru kəmərlərinin keyfiyyəti, texniki təftiş və sınaqdan keçirilməsinə nəzarət üzrə işlər üçün TANAP konsorsiumu ilə 2 illik müqavilə bağlayıb. Bu barədə Trend "Intertek" şirkətinə istinadən məlumat verir.

Şirkətin regional direktoru İqor Obodanın sözlərinə əsasən, boru kəmərinin keyfiyyəti və bütövlüyü onun təhlükəsiz işinin təmin edilməsi, xərclərin və qazla çirklənmə risklərinin minimuma endirilməsi üçün vacib amildir.

"Intertek"in Türkiyə və Azərbaycandakı direktoru Dilək Yalçın qeyd edib ki, şirkət belə əhəmiyyətli və nüfuzlu müqavilənin imzalanması ilə fəxr edir.

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2387629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR