“Adam gözləyirəm”, “Bir dəqiqəyə çıxıram”, “Xəstəm var”...

“1 manatlıq” taksilər, qanunsuz sərnişin daşıyan “Ford”lar, harada gəldi dayanan sürücülər deyəndə yəqin ki, sizin də ağlınıza paytaxtın 20 Yanvar dairəsi adlanan ərazisi gəlir.

Avtomobil tıxacının ən gərgin olduğu bu ərazi paytaxtın şimal tərəfdən giriş-çıxış qapısı olduğundan, günün istənilən saatında burada tıxaca rast gəlmək mümkündür. Maraqlı olan məqam bundan ibarətdir ki, Dövlət Yol Polisi tərəfindən dəfələrlə qeyd olunan ərazidə reydlər aparılmasına baxmayaraq, problem hələ də həllini tapmır. Nə qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələri oradan tamamilə yığışdırıla bilir, nə də tıxac problemi aradan qalxır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, sürücülər mentalitetlə bağlı yaranan təhlükəli vəziyyətlərdən yaxa qurtarmağı bacarmalıdır:

“Həmin hissədə dayanma-durma hərəkətlərini pozan sürücülərə yaxınlaşan zaman bu sözləri deyirlər: “Gedirəm, müəllim”, “Adam gözləyirəm”, “Bir dəqiqəyə çıxıram”, “Xəstəm var”, “Nə etmişəm ki?” və s. İllərdir bu sözlər dəyişmir. Bununla bağlı dəfələrlə məruzə vermişəm. Bu sözlər sürücüləri məsuliyyətdən azad etmir. Hörmətli sürücülər, polis, yaxud hər hansı bir qurum tərəfindən tədbir görülməsə də, özünüz öz vicdanınız qarşısında hesabat verin. İstəyirəm ki, XXI əsrdə Azərbaycanda yaşayn hər bir hərəkət iştirakçısı müasir dövrün müasir tələblərinə uyğun olsun. İndi hər cür şəraitimiz var. 1 miyon 400 mindən çox ölkəmizdə avtomobil var. Hər 8 nəfərdən birinə avtomboil düşür. Bakı şəhərində küçələrin uzunluğu 2300 km-dən qısa deyil. Yeraltı, yerüstü piyada keçidlərinin sayı artır. Bu gün də paytaxtın gözəlləşməsi istiqamətində işlər görülür, sosial tikintilər davam edir. Biz də XXI əsrin tələblərinə uyğun kamera görüntülərinə nəzarət edir, tədbirlər görürük. Lakin buna baxmayaraq, hələ də sözügedən ərazilərdə taksilər dayanır. Bu səbələ, bir-birindən asılı olan məqamlar axtarılıb tapılmalıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Binədə qəzaya düşənlərin vəziyyəti ağırdır - SON MƏLUMAT – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR