Fransanın paytaxtı Parisin yaxınlığındakı Şato de Vo le Vikomte qəsrində Səudiyyə Ərəbistanını şahzadəsi Amirə əl Tavel və milyarder Xəlifə bin Butti əl Müheyrinin toyu olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 39 yaşlı təzə bəylə 34 yaşlı gəlinin toya dəvət etdikləri qonaqlar arasında dünyaca məşhur teleaparıcı, amerikalı Opra Uinfri və Hollivud ulduzu Geyl Kinq də vardı.
Toyda insident də yaşanıb. Belə ki, gəlinin Parisdəki "Ritz" otelindəki superlüks nömrəsindən onun 1 milyon dollarlıq brilyant qaşlı üzüyü oğurlanıb.
Şahzadə Amirə əl Tavel Səudiyyə Ərəbistanının ən zəngin şəxslərindən biri, şahzadə Əl Valid Bin Təlalla 2008-ci ildə ailə qurmuş, milyarder şahzadənin 4-cü arvadı olmuşdu. Onlar 2013-cü ildə boşanıblar.
2 milyard dollarlıq varidata malik Xəlifə bin Butti əl Müheyri KBBO holdinqinin sahibidir.
Toya dəvət olunmuş qonaqlar üçün Parisdəki "Four Seasons" otelində nömrələr hazırlanmışdı. Bütün xərcləri əl Müheyri ödəyib.
Şahzadə Amirə əvvəllər ABŞ-ın sabiq prezidenti Bill Klintonun "Qlobal təşəbbüs" proqramına dəstək olub. Daha sonra o, İordaniya kraliçası Raniyənin və Britaniya kraliçasının ailə mənsublarının da qatıldıqları, Yaxın Şərqdə qadın hüquqlarının qorunmasına yönəlmiş bir neçə proqramda iştirak edib.
Milli.Az